Şirkət Profili
“AzROAD” MMC Azərbaycanın yol-nəqliyyat və infrastruktur sektorunda fəaliyyət göstərən, avtomobil yollarının tikintisi, bərpası və asfalt-beton örtüklərinin salınması üzrə ixtisaslaşmış peşəkar şirkətdir. Şirkət dövlət və özəl sektor üçün müxtəlif miqyaslı yol-tikinti layihələrinin icrasında etibarlı tərəfdaş kimi tanınır.
Missiya
Texniki tələblərə və keyfiyyət standartlarına uyğun, təhlükəsiz və dayanıqlı yol infrastrukturu yaratmaqla ölkənin nəqliyyat sisteminin inkişafına töhfə vermək.
Strategiya
Müasir texniki imkanlardan və peşəkar idarəetmədən istifadə etməklə yol-tikinti layihələrinin səmərəli, vaxtında və keyfiyyətli icrasını təmin etmək.
Xidmətlərimiz
Magistral Yolların Tikintisi
Milli və beynəlxalq standartlara uyğun olaraq avtomobil yollarının tam tikinti prosesinin həyata keçirilməsi — sahənin hazırlanması, yol əsaslarının qurulması və yüksək keyfiyyətli asfalt örtüyünün salınması daxil olmaqla.

Asfalt-Beton İşləri
Müasir texnoloji üsullar əsasında asfalt-beton örtüklərinin salınması, bərpası və yenilənməsi. Örtüyün hamar səthə, yüksək daşıma qabiliyyətinə və uzun istismar müddətinə malik olması təmin edilir.

Texnika Parkı
Şirkət müxtəlif təyinatlı, müasir ağır yol-tikinti texnikaları ilə təchiz olunmuşdur ki, bu da layihələrin operativ, dəqiq və keyfiyyətlə icrasına imkan yaradır.

Yol Əsaslarının Qurulması
Torpaq işlərinin icrası, zəminin hazırlanması və yolun əsas qatlarının (qum, çınqıl, stabilizasiya edilmiş materiallar) texniki normalara uyğun formalaşdırılması və möhkəmləndirilməsi. Yol örtüyünün uzunömürlü və dayanıqlı olması üçün etibarlı əsasın yaradılması.

İnfrastruktur İşləri
Sənaye müəssisələri, logistika mərkəzləri, yaşayış kompleksləri və mülki obyektlər üçün daxili yol şəbəkələrinin layihələndirilməsi və tikintisi. Nəqliyyat axınının təhlükəsiz və effektiv təşkili üçün funksional yol həllərinin tətbiqi.

Kipləşdirmə İşləri
Hamm markalı silindrlərdən istifadə etməklə qruntun və asfalt qatlarının maksimum sıxlıqda və normativlərə uyğun bərkidilməsi.

Frezlənmə İşləri
Wirtgen frez texnikaları ilə köhnə asfalt örtüyünün dəqiq və effektiv soyulması, yolun bərpasına keyfiyyətli hazırlıq.

Portfolio
Tamamlanmış və davam edən layihələr
Tamamlandı
Bakı–Sumqayıt Magistralı — Xırdalan Dairəsi
Bakı-Sumqayıt Magistral yolunun Xırdalan dairəsi ətrafında aparılan genişləndirmə və kipləşdirmə işlərinin icrasında iştirak.
2021
Tamamlandı
Xırdalan — Sex və Anbar Tikintisi
Xırdalan şəhərindəki sex və anbar binalarının təməl qazıntı işləri və tikintiyə hazır vəziyyətə gətirilməsi peşəkar komandamız tərəfindən uğurla həyata keçirilmişdir.
2022
Tamamlandı
Əhmədbeyli–Füzuli–Şuşa Yolu — 34–51 km
Əhmədbeyli-Füzuli-Şuşa avtomobil yolunun 34-51 km hissələrində qazma, dolğu və kipləşdirmə işləri uğurla yerinə yetirilmişdir.
2023
Tamamlandı
Muğan–İsmayıllı–Qəbələ Yolu — Əsaslı Təmir
Muğan-İsmayıllı-Qəbələ yolunun əsaslı təmiri çərçivəsində qazma işlərinin uğurla aparılıb yekunlaşdırılması.
2023–2024
Tamamlandı
Böyükşor–Pirəşağı Yolu — Digah Qəsəbəsi
Böyükşor-Pirəşağı yolunda kipləşdirmə, həmçinin Digah qəsəbəsindən keçən hissədə qazma və dolğu işləri uğurla yerinə yetirilmişdir.
2025–2026
Davam edir
Sumqayıt Texnologiyalar Parkı — Kimya Sulfat Zavodu
Sumqayıt Texnologiyalar Parkındakı Kimya Sulfat zavodunun təməl işləri, tikintiyə hazırlıq və yol infrastrukturunun inşası AzRoad MMC tərəfindən icra olunur.
2025
Davam edir
Novxanı–Pirəşağı Yolu — Dolğu Materialları
Novxanı-Pirəşağı yolunun Pirəşağı qəsəbəsindən keçən hissəsi üçün dolğu materiallarının təminatının mühüm hissəsi uğurla həyata keçirilmişdir.
2025–2026
Davam edir
Seabreeze Resort — Daş Tozu və Qaya Daşımaları
Seabreeze resort ərazisindəki müxtəlif layihələr üçün daş tozu və qaya parçalarının daşınması uğurla həyata keçirilir.
Fotoqalereya





